Vüsalə Mirzəyeva
Rejissor
(11.03.1978)
Mirzəyeva Vüsalə Vaqif qızı 1978 – ci ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur.1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya rejissorluğu” fakultəsinə daxil olub.1998-ci ildə universiteti bitirdikdən sonra Magistraturaya daxil olmuş və orada “Televiziya və Musiqi” adlı elmi işi müdafiə edərək 2000-ci ildə “Magistr” dərəcəsini almışdır.1998-ci ildə Azərbaycan Dövlət Teleradio Verlişləri şirkətində rejissor vəzifəsinə işləyib. Daha sonra həmin Televiziyanın “Sabah” yaradıcılıq birliyində ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Bundan sonra Space Telekanalında quruluşçu rejissor kimi çalışaraq bir çox verlişlərə quruluş verib. Sonuncu işi Atv kanalında Üçüncü göz verlişinin rəhbəri olub.
Filmoqrafiya:
1995 “Bəyaz Rəqs” (veriliş) – müəllif, rejissor
1996 – “Sənətinin Vaqifi” – (film)
1998 – “Bazar günü” – (musiqi löhvəsi)
1998 – “Kompozisiya” – (musiqi löhvəsi)
1998 – “Köhnə Bakı”(musiqi löhvəsi)
1998 – “Meloman” (veriliş) – rejissor
1999 – “Nağılbazın Nağılı” (veriliş) -müəllif, rejissor
2000 – “Həmişə Toyda”-rejissor, ssenari müəllifi
2001 – “Nekroloq” (film) – təcrübəçi rejissor
2001 – “Salur Qazanın evi talandığı boy” – (film) – ikinci rejissor
2001-2002 – “Harmoniya” (veriliş) – müəllif və rejissor
2003 -“Dəvətnamə” – (film) – aktrisa, ikinci rejissor
2003 – “Yumurta” -(film) – rejissor assistenti
2004 – “Mükafat” – (film) – ikinci rejissor
2004 – “Sevgi qarğışı”-klip – rejissor
2006-2009 -“Azərbaycan xalq rəqsləri” – (veriliş) – müəllif və rejissor
2006-2007 – “Dastanlardan gəlmişik” -(silsilə veriliş) – rejissor
2006 – “Vətəndən pay olmayır” – (klip) – rejissor
2007 – “Necə unudum səni”-klip – rejissor
2007 -“VİP Club” – (silsilə veriliş) – rejissor
2008 – “Bahar Nəfəsli Sənətkar” – rejissor, ssenarist
2009 – “Sənəti Böyüdən Sənətkar” – rejissor, ssenarist
2010 – “Azərbaycanın Milli Qəhrəmanları”- rejissor
2017 – “Üçüncü göz” (veriliş) – rejissor
