Xamis Muradov
Rejissor
(15.09.1943)
15.09.1943-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur.1962-1966-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda , 1969-1971-ci illərdə isə Moskvada fəaliyyət göstərən sənədli filmlər kurslarında təhsil alıb.50-yə yaxın sənədli filmin rejissoru eyni zamanda ssenari müəllifidir. 1988-2001-ci illərdə Salnaməstudiyasına rəhbərlik edib, 2002-2011-ci illərdə “Azərbaycanfilm kinostudiyasının direktoru vəzifəsində çalışmışdır. Dövlət Mükafatı laureatıdır.Bir çox mükafatlara layiq görülmüşdür.2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Filmoqrafiya:
1971 – “Nəsimi”
1972 – “Aşıq Ələsgər”
1972 – “Əqrəb”
1973 – “Daşkəsən”
1973 – “Həmid Sultanov”
1973 – “Məndə sığar iki cahan”
1974 – “Şənlik bizə yaraşır”
1974 – “Bahar günəşi”
1974 – “Keyfiyyəat nişanı”
1975 – “Əbədi qardaşlıq”
1976 – “Dünyaya insan gəlir”
1976 – “Üzeyir Hacıbəyov”
1977 – “Qarabağ bülbülləri”
1977 – “Qazmada elektrotexnika kompleksləri”
1978 – “Qardaşlaşmış”
1978 – “Ukraynada Azərbaycan mədəniyyəti günləri”
1979 – “Yaşıl möcüzə”
1979 – “Bakının işıqları”
1980 – “Xaqani”
1980 – “Yenə də İnşaatçılar”
1980 – “Azərbaycanın əkilən otlaqları”
1981 – “Dərs”
1981 – “Qəhrəmanlara eşq olsun!”
1981 – “Şəfa bulağı”
1981 – “Heyvandarlıq zərbəçi cəbhədir”
1982 – “Natəvan”
1983 – “Zireh qalalar”
1983 – “Abşeron rəngləri”
1983 – “Aşıqlar”
1984 – “Ulu diyar”
1985 – “Xəzər gəmiçiliyi”
1985 – “Sağ ol, müəllim”
1986 – “Mən bakıda yaşayıram”
1987 – “Uçuş xətti”
1987 – “Oktyabr və Azərbaycan”
1987 – “Balaban”
1987 – “Əks-səda”
1988 – “Kreslo”
1988 – “Yenidən qurmanın işığında”
1988 – “Sabirabad”
1989 – “Gözəllik ilahəsi”
1989 – “Boşluq”
1989 – “Murtuzun tarı”
1989 – “Şərəfli yol”
1990 – “Azadlığa gedən yollar”
1990 – “Şəhidlərdən şəhidlərə”
1990 – “Mədrəsə”
1991 – “Ziya ocağı”
1991 – “Mənim çörəkli dünyam”
1991 – “Ömür qatarı”
1991 – “Şəhidlər və qazilər”
1991 – “Həcc ziyarəti”
1991 – “Xəzər köməyə çağırır”
1992 – “İnama qayıdış”
1993 – “Azadlıq elçisi”
1993 – “Qədirin sorağında”
1995 – “Səhər” (veriliş)
1995 – “Zirvəyə gedən yol”
1999 – “Ana”
2000 – “9 dəqiqə” (qısametrajli sənədli film)
2000 – “Əshabi kəhf”
2001 – “Şəhidlik zirvəsi”
2004 – “Haray”
