Yalçın Əfəndiyev
Rejissor
(24.07.1937 – 10.12.2019)
Yalçın Heydər oğlu Əfəndiyev Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində (1960) və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (Lev Kuleşov və Boris Belokurovun emalatxanası) təhsil alıb. Bir müddət “Azərbaycanfilm” kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də onun adı ilə bağlıdır: 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” filminə görə Azərbaycan Komsomolu mükafatına layiq görülüb (1976). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, əməkdar incəsənət xadimi (1982), Xalq artisti (2007) Yalçın Əfəndiyev 2019-cu ildə vəfat etmişdir. .
- https://aki.az/xatir%C9%99l%C9%99r-sahili-s%C9%99n%C9%99dli-filminin-c%C9%99kilisl%C9%99rin%C9%99-start-verildi/
- https://www.youtube.com/watch?v=NWBO215kaMM
- https://medeniyyet.az/page/news/56782/.html
- http://www.anl.az/down/meqale/medeniyyet/2019/dekabr/689413.htm
- https://axtar.len.az/?q=Yal%C3%A7%C4%B1n_%C6%8Ff%C9%99ndiyev_(kinorejissor)
FILMOQRAFIYA:
- Bakı haqqında 10 dəqiqə (1966, qısametrajlı sənədli film) – rejissor
- Səməd Vurğun (II) (1966, qısametrajlı sənədli film) – rejissor
- Azadlıq məşəli (1967, qısametrajlı sənədli film) – rejissor
- Qayıdacağına inanırdı (1968, qısametrajlı sənədli film) – rejissor
- Cırtdan (1969, animasiya filmi) – rejissor
- Azərbaycan, Azərbaycan (1970, qısametrajlı sənədli film) – rejissor
- Suriyada (1970, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Xatirələr sahili (1972, tammetrajlı bədii film) – rejissor
- Odla təmasda (1972, qısametrajlı sənədli film) – rejissor
- Naxışların yaddaşı (1973, qısametrajlı sənədli film) – rejissor
- Dostluğun təntənəsi (1974, qısametrajlı sənədli film) – rejissor
- Neft Akademiyası (1974, qısametrajlı sənədli film) – rejissor
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976, qısametrajlı sənədli film) – rejissor
- Ovçu, vurma məni (1977, qısametrajlı sənədli film) – rejissor
- Yay günləri (1977, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycan narı (1978, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Gənclərin 50 yaşlı teatrı (1979, qısametrajlı sənədli film) – rejissor
- Sənin həyat mövqeyin (1979, qısametrajlı sənədli film) – rejissor
- Qırmızı bayraqlı Azərbaycan (1980, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Tərlan Musayeva (1980, qısametrajlı sənədli film) – rejissor
- Salam, İordaniya (1981, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Təsərrüfatlararası birlik (1981, qısametrajlı sənədli film) – rejissor
- Fransada Azərbaycan günləri (1985, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Qurultaydan qurultaya (III) (1985, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (1987, qısametrajlı sənədli film) – rejissor
- Müsəlmanlar sülh uğrunda mübarizədə (1987, qısametrajlı sənədli film) – rejissor
- Yusif Məmmədəliyev (1987, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- “Ağ pələng”lə görüs (1988, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycan incəsənəti (III) (1988, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Hikmətli miniatürlər (1991, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Ağrılı yaddaş (1995, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Dönüş (1999, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi
- Yol (2003, qısametrajlı bədii film) – bədii rəhbər
- Tilsim (2005, tammetrajlı bədii film) – bədii rəhbər
- Akademik Topçubaşov (2011, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
