Yavər Rzayev
Rejissor, ssenarist
(01.11.1956)
01 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1975-1980-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1985-1990-cı illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakultəsində təhsil alıb. Azərbaycanfilm kinostudiyasında bir neçə sənədli və bədii filmin rejissorudur. Filmləri Beynəlxalq festivallarda bir çox mükafatlara layiq görülüb.
Filmoqrafiya:
1989 – “Axırıncı adım” – sənədli film
1990 – “Haray” – sənədli film
1990 – “Dözümlü minarələr” – sənədli film
1991 – “Fövqəldünya” – sənədli film
1998 – “Sarı gəlin” – bədii film
2005 – “Keçid” – sənədli film
2010- “Niyyət” – bədii film
2011 – “İlahi məxluq” – bədii film
2015 – “Yarımçıq xatirələr” – bədii film
2016 – “Xeyir və şərin rəqsi” – bədii film
