Yefim Abramov
Rejissor, ssenarist
(14.08.1948)
Yefim Abramov 1948-ci ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1980, İ.Talankinin kursu). 1980-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor olaraq çalışıb. Bir neçə filmin və “Mozalan” kino-süjetlərinin rejissoru və ssenari müəllifidir. 1988-ci ildə çəkdiyi “Lətifə” filmi bir neçə beynəlxalq kinofestivallarda diplom və mükafatlara layiq görülüb.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Kinematoqrafçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Hazırda İsraildə yaşayır.
- http://kinobiz.az/celebrity/yefim-abramov/
- https://azertag.az/xeber/Yefim_Abramov_Xocali_haqqinda_heqiqeti_milyonlarla_insan_bilmelidir-1236108
- https://news.milli.az/culture/26720.html
- https://www.medeniyyet.az/page/news/62646/Eskiseherde-Qarabag-muharibesi-sehidlerine-ithaf-edilen-tamasa-numayis-olunub.html?lang=az
- https://kulis.az/xeber/senet/xeber_________________________-15360
FILMOQRAFIYA:
- Gecə ovçuluğu (1980, tammetrajlı bədii film) – ssenari müəllifi (Riqa kinostudiyası)
- Mən mahnı qoşuram (1981, tammetrajlı bədii film) – ssenari müəllifi
- Qocalar, qocalar… (1982, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Yeni il əhvalatı (1986, animasiya filmi) – ssenari müəllifi
- Araqarışdıran (1988, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- .. Arzular… (1988, animasiya filmi) – ssenari müəllifi
- Lətifə (1989, tammetrajlı bədii film) – rejissor
- Veron səmaları altında (2004, 8 seriyalı bədii televiziya filmi) – ssenari müəllifi (Rusiya-İsrail)
- Dostuma məktub… (II) (2010, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Gediş bileti (2011, 4 seriyalı bədii televiziya filmi) – ssenari müəllifi (Rusiya)
- Sirr (2012-2013, bədii serial) – ssenari müəllifi

Kontakt:
Ünvan: