Zeynəb Kazımova
Kinorejissor
(27.12.1912 – 25.09.1984)
Zeynəb Talıb qızı Kazımova Bakıda anadan olub. Azərbaycan Dövlət Universtitetini bitirmişdir. 1936-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlamış, kino sahəsində ssenari müəllifi, rejissor assistenti, montaj üzrə assistent, ikinci rejissor, rejissor köməkçisi və aktrisa kimi çalışıb. Elə həmin il “Almaz” filmində çəkilmişdir. Zeynəb Kazımova daha çox sənədli fimlərin rejissoru kimi tanınır. Əməkdar İncəsənət Xadimi Zeynəb Kazımova 25 sentyabr 1984-cü ildə vəfat etmişdir.
Rejissor Zeynəb Kazımova səs operatoru Ağahüseyn Kərimovun həyat yoldaşıdır.
- http://az.baku-art.com/az/azerbaycan-rejissoru-ssenaristi-zeyneb-kazimovn-n-dogum-gun-d-r/
- https://filmfond.az/2022/06/28/kinorejissor-zeyn%C9%99b-kazimovanin-nam%C9%99lum-filmi-askar-olundu/
- https://www.medeniyyet.az/page/news/63271/Axirinci-namaz.html
- https://sputnik.az/20220628/azerbaycanda-oten-esrde-lente-alinan-film-askar-edilib-443444073.html
- https://www.youtube.com/watch?v=qiTeqSbkMZE
FILMOQRAFIYA:
- Almas (1936, tammetrajlı bədii film) – aktrisa (komissiya üzvü)
- Yeni horizont (1940, tammetrajlı bədii film) – montajçı
- Səbuhi (1941, tammetrajlı bədii film) – montajçı, rejissor assistenti
- Bəxtiyar (1942, qısametrajlı bədii film) – rejissor assistenti
- Bir ailə (1943, tammetrajlı bədii film) – rejissor assistenti
- Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – rejissor assistenti
- Fətəli xan (1947, tammetrajlı bədii film) – ikinci rejissor
- Bakının işıqları (1950, tammetrajlı bədii film) – ikinci rejissor
- Kolxoz tarlalarının qəhrəmanları (1950, qısametrajlı sənədli film) – rejissor
- Akif Cəfərovun btiqadası (1960, qısametrajlı sənədli film) – rejissor
- Həyat öyrədir (1961, qısametrajlı bədii film) – rejissor
- Telefonçu qız (1962, tammetrajlı bədii film) – ikinci rejissor
- Axırıncı namaz (1963, qısametrajlı bədii film) – rejissor
- Yollar və küçələrlə (1963, qısametrajlı sənədli film) – rejissor
- Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən… (1964, tammetrajlı bədii film, kinoalmanax) – rejissor
- O geri çəkilməlidir (1966, qısametrajlı sənədli film) – rejissor
- Əzim Əzimzadə (1967, qısametrajlı sənədli film) – rejissor
- İliçin döyünən qəlbi (1967, qısametrajlı sənədli film) – rejissor
- Umnisə xanım (1969, qısametrajlı sənədli film) – rejissor
- Sevil Qazıyeva (1970, qısametrajlı sənədli film) – rejissor
- Azərbaycan SSR (II) (1971, qısametrajlı sənədli film) – rejissor
- İgidliyin əbədidir sənin (1971, qısametrajlı sənədli film) – rejissor
- Muğan qızı (1972, qısametrajlı sənədli film) – rejissor
- Usta Aslan (1972, qısametrajlı sənədli film) – rejissor
- Sürəyya (1973, qısametrajlı sənədli film) – rejissor
- İşıqlı yol (1974, qısametrajlı sənədli film) – rejissor
- Oktyabrın qələbə addımı ilə (1974, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Biz bu xatirəyə sadiqik (1975, qısametrajlı sənədli film) – rejissor
- Gəmilər tarlaya çıxır (1975, qısametrajlı sənədli film) – rejissor
- Odlu burulğanın ram edilməsi (1976, qısametrajlı sənədli film) – rejissor

Hüquqvarisi:
Kontakt:
Ünvan: