Ziya Şıxlinski
rejissor, ssenarist
(18.05.1951)
Şıxlinski Ziya Ənvər oğlu 18.05.1951-ci ildə Bakıda anadan olub. 1968-1973-cü ildə ADU-nun filologiya fakultəsinə daxil olub.O vaxtdan indiyə qədər “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir.Əvvəlcə bədii filmlərdə rejissor asisstenti, ikinci rejissor, sonra isə 1985-1987-ci illərdə “Sovet Azərbaycanı”, “İncəsənət və Gənc nəsil” kinojurnallarında rejissor vəzifəsində çalışıb. 1987-1989-cu illərdə Moskvada 2 illik “Ali rejissorluq və ssenaristlər” kursunu oxuyub.Bir neçə sənədli filmin müəllifidir.
Filmoqrafiya:
1989 – “Dairə” – (bədii film) – rejissor , ssenarist
1990 – “Ruslar müharibə istəyirmi” – (sənədli film) – rejissor, ssenarist
1996 – “Artilleriyanın Allahı sayılırdı” – (sənədli film)- rejissor, ssenarist
1997 – “Bir həsrət nəğməsi” – (sənədli film)- rejissor, ssenarist
1997 – “Ayrılan yollar” – (sənədli film)- rejissor, ssenarist
1998 – “Şopenin qayıdışı” – (sənədli film)- rejissor, ssenarist
1999 – “Səkkiz dəqiqə yarımçıq düşüncə” – (sənədli film)- rejissor, ssenarist
2003 – “Doğma diyar” – (sənədli film)- rejissor
2005 – “Həyatın formulası” – (sənədli film)- rejissor
2006 – “Ömürdən izlər” – (sənədli film)- rejissor
2007 – “Dua” – (sənədli film)- rejissor
2008 – “Azərbaycan motivləri” – (sənədli film)- rejissor
2009 – “Azərbaycan musiqisi” – (sənədli film)- rejissor
2009 – “Dünyaya açılan qapı” – (sənədli film)- rejissor
2009 – “Onun böyük ürəyi” – (sənədli film)- rejissor
