İdarə Heyətinin üzvü

Nadir Mehdiyev
Təsvir rejissoru
Nadir Mehdiyev – təsvir rejissoru
NAdir Mehdiyev 27 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub. 1999-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitunun təsvir rejissoru fakultəsini bitirib. 1990-cı ildən Azərbaycanfilm kinostudiyasında çalışır. Bir çox reklam və kliplərin müəllifidir. 2001-ci ildə Bakıda keçirilən Beynəlxalq Audiovizual Festivalın “Ən yaxşı təsvir rejissoru” nominasiyasının qalibi olmuş. 2018-ci ildə “Dolu” filminə görə”Qızıl Pəri” mükafatına layiq görülmüşdür.
Filmoqrafiya:
- Səhnədə keçən həyat (film, 1991) (qısametrajlı sənədli film)
- Dostuma məktub (film, 1992) (tammetrajlı sənədli film)
- Udi xalqı (film, 1993) (qısametrajlı sənədli film)
- Müharibə yolları (1995)(sənədli film)
- Hökm (film, 1994) (tammetrajı bədii film)
- Özgə vaxt (film, 1996) (tammetrajlı bədii film)
- Bakı metrosu-30 (film, 1997) (qısametrajlı sənədli film)
- Azərbaycanda rabitənin inkişaf yolları və tərəqqisi (film, 1998)
- Zəncir (1999)(sənədli film)
- Bir anın həqiqəti (film, 2003) (çoxseriyalı bədii film)
- Məkanın melodiyası (film, 2004)(tammetrajlı bədii film)
- Bomba (film, 2005)(tammetrajlı bədii film)
- Məşədi İbad 94 (film, 2005)(tammetrajlı bədii film)
- Qrinviç meridianından… kənarda (film, 2007)(qısametrajlı bədii film)
- Əgər unutsaq.. (film)(sənədli film)
- Əlavə təsir (film, 2010)(tammetrajlı bədii film)
- Top həm düşər, həm qalxar (film, 2011)(sənədli film)
- Dolu (film, 2012)(tammetrajlı bədii film)
- Qanun naminə (serial, 2013)
- 5+ (film, 2014-2015)(bədii serial)
- Yuxarıda və aşağıda (film, 2015) (kinoalmanax) (“”: quruluşçu operator)
- Yarımçıq xatirələr (film, 2015)(tammetrajlı bədii film)
- Həddən artıq uyğunluq (film, 2016)(tammetrajlı bədii film)
- Oğlan evi 2 (film, 2016)
- Ağanatiq (film, 2017)
- Əlvida, Şmidt! (film, 2019)