İdarə Heyətinin üzvü

Nizami Abbas

təsvir rejissoru, rejissor

Nizami Abbas – rejissor, təsvir rejissoru

01.01.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə (Moskva) Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “təsvir rejissoru” fakültəsini bitirmiş, 1974-1975-ci illərdə “Lenfilm” kinostudiyasında təsvir rejissoru köməkçisi, 1976-cı ildən isə “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru kimi işləmişdir. 1991-ci ildə könüllü olaraq I Qarabağ Müharibəsinin iştirakçısı, 1992-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nın bədii rəhbəri olub. Hal hazırda “Yaddaş” sənədli filmlər studiyasında rejissor-təsvir rejissoru kimi fəaliyyətini davam etdirir və 2010 cu ildən “Yurdfilm” studiyasına rəhbərlik edir. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatının laureatı, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçıları İttifaqının üzvüdür.

Filmoqrafiya:

  • Afroditanın qolları – 1987- qıs.bədii film- təsvir rejissoru
  • Ağ-qara dünya – 1991 – təsvir rejissoru (sənədli)
  • Axırıncı addım (film, 1989)-təsvir rejissoru (Sənədli Film)
  • Aman, ayrılıq (film, 1989)
  • Kinorejissor Arif Babayev (film, 2000)-təsvir rejissoru (Sənədli Film)
  • Azadlığa gedən yollar (film, 1990)-təsvir rejissoru (Sənədli Film)
  • Azadlıq elçisi (film, 1993)
  • Azərbaycan: Tarixdən səhifələr-I film (film, 2006)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Azərbaycan: Tarixdən səhifələr-II film (film, 2007)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Azərbaycan: Tarixdən Səhifələr-III Film (2008)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Bəyaz həyat (film, 2003)-Quruluşçu təsvir rejissoru (Çoxseriyalı Bədii Film)
  • Biz deməkdən yorulduq… (film, 1991)
  • Bu Naxçıvandır (1999)-təsvir rejissoru (Sənədli Film)
  • Dözümlü minarələr (film, 1991)
  • El bir olsa… (film, 1989)
  • Elan Olunmamış Müharibə (1994)-Ssenari müəllifi, Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Etimad telefonu (film, 2001) Quruluşçu təsvir rejissoru (Bədii Film)
  • Əzablı yollar (film, 1995)- təsvir rejissoru (Sənədli Film)
  • Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
  • General Hüseyn Rəsulbəyov (film, 1998)
  • Kamandar olimpiya çempionudur (film, 1989)
  • Kədərimiz… vüqarımız… (film, 1998)-təsvir rejissoru (Qısametrajlı Sənədli Film)
  • Kiçik leytenant (film, 1996)-Quruluşçu təsvir rejissoru (Bədii Film)
  • Kinorejissor Həsən Seyidbəyli (film, 2002)-təsvir rejissoru (Sənədli Film)
  • Qəm karvanı (film, 1990)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Qobustan (film, 2005)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Qocalar (film, 2008)-kreativ prodüser (qısametrajlı bədii film)
  • Laçının Son Günləri (1992)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Mayak (film, 2012)-təsvir rejissoru (qısametrajlı bədii film)
  • Məhəmməd Füzuli (film, 1989)-təsvir rejissoru (Sənədli Film)
  • Meydan (film, 1989)-təsvir rejissoru (Sənədli Film)
  • Müharibənin İki Üzü (1991)-Rejissor-təsvir rejissoru(Sənədli Film)
  • Naməlum torpaq (film, 1992)-təsvir rejissoru (Sənədli Film)
  • Narahat adam (film, 2005)-Rejissor-təsvir rejissoru (Tammetrajlı Sənədli Film)
  • Nəsrulla Nəsrullayev (film, 1999)-təsvir rejissoru (Qısametrajlı Sənədli Film)
  • Sahibi kimdir? (film, 1988)
  • Səma Şairi (2003)-təsvir rejissoru (Sənədli Film)
  • Sən həmişə bizimləsən (film, 1997) (← keçidlər)
  • Sərhəd (film, 1990)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Sınmış zəncirlər (film, 1997)-təsvir rejissoru (Sənədli Film)
  • Sürüşmə (film, 1991)-Rejissor-təsvir rejissoru (Qısametrajlı Sənədli Film)
  • Şeytan göz qabağında (film, 1987)-Quruluşçu təsvir rejissoru (Tammetrajlı Bədii Film)
  • Şeytanbazar (film, 1997)-Rejissor-təsvir rejissoru (Sənədli Film)
  • Şəhidlik zirvəsi (film, 2001)
  • Tənha narın nağılı (film, 1984)-İkinci təsvir rejissoru (Tammetrajlı Bədii Film)
  • Üfüqü ötənlər (film, 2011)-təsvir rejissoru
  • Yaşa, qızıl balıq (film, 1988)- təsvir rejissoru (Qısametrajlı Bədii Film)
  • .Ey həyat sən nə qəribəsən (2009) təsvir rejissoru – Tammetrajı sənədli
  • Adam (1996-2010) Quruluşçu təsvir rejissoru və montaj rejissoru.
  • Qısametrajlı Bədii Film “Yeni Dalga” ( Şamil Mahmudbəyovun son filmi)
  • Tar ( 2010) – rejissor. Sənədli “Yurdfilm”-in istehsalı.
  • Dilin sehrində yaşayan insan (2010) –rejissor. Tammetrajlı sənədli film. “Yurdfilm”-in istehsalı.
  • Kamança (2011) –rejissor-təsvir rejissoru. Sənədli. “Yurdfilm”-in istehsalı.
  • Balaban (2011) –rejissor-təsvir rejissoru. Sənədli. “Yurdfilm”-in “istehsalı.
  • Daş plastikası (2012) –rejissor. Sənədli. “Yurdfilm”-in istehsalı.
  • Uzaqların adamı (2012) – müəllif-rejissor. Sənədli. “Yurdfilm”-in istehsalı
  • Lahıcın ritimləri (2008)- prodüser.Sənədli. “Imper Qrup”