İdarə Heyətinin üzvü

Ramiz Rövşən Məmmədəli oğlu

ssenarist

 

Ramiz Rövşən – şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi,

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. .

Filmoqrafiya:

  • 1981 Bаbаmızın, bаbаsının bаbаsı – bədii
  • 1985 Şəhərli biçinçilər- bədii
  • 1986 Işаrəni dənizdən gözləyin- bədii
  • 1988 Süd dişinin аğrısı- bədii
  • 1990 Şəhidlərdən şəhidlərə – sənədli
  • 1991 Аlmаz Ildırım- sənədli
  • 1995 Şəbu-hicrаn- sənədli
  • 1996 Özgə vахt- bədii
  • 1997 Füzuli-500- sənədli
  • 1999 Хöşbəхt аdаm- sənədli
  • 2000 Ömür аğаcı- sənədli
  • 2001 Məkаnın mеlоdiyаsı- bədii