Fəxri Vitse-prezident

Rasim Ojagov

Rasim Ocaqov

Rejissor, təsvir rejissoru, prodüser

Rasim Ocaqov – rejissor, təsvir rejissoru, prodüser

22 noyabr 1933-cü ildə Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsinin bitirib. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru, 1973-cü ildən rejissor kimi çalışmağa başlayıb. .Azərbaycanın və SSRİ-nin Dövlət Mükafatı laureatı, respublikanın xalq artisti olub. Rasim Ocaqov Azərbaycan Professional Kinorejissorlar Gildiyasının 1999-cu ildə seçilmiş ilk vitse-prezidentidir və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Rasim Ocaqov 11 iyul 2006-cı ildə vəfat edib.

Filmoqrafiya:

  • 1958 Onun böyük ürəyi – bədii, təsvir rejissoru
  • 1959 Əsl dost – bədii,.təsvir rejissoru
  • 1959 Bizim küçə – bədii, təsvir rejissoru
  • 1966 Sən niyə susursan? – bədii, təsvir rejissoru
  • 1969 Bir cənub şəhərində – bədii, təsvir rejissoru
  • 1971 Ən vacib müsahibə – bədii, təsvir rejissoru
  • 1972 Skripkanın sərgüzəştləri –bədii, təsvir rejissoru
  • 1973 Ömrün ilk saatı – bədii, təsvir rejissoru
  • 1974 Qatır Məmməd – bədii, təsvir rejissoru
  • 1975 Tütək səsi –bədii, rejissor
  • 1977 Ad günü –bədii, rejissor
  • 1979 İstintaq – bədii, rejissor
  • 1981 Bağlı qapı arxasında – bədii, rejissor
  • 1983 Park – bədii, rejissor
  • 1987 Özgə ömür – bədii, rejissor
  • 1989 Ölsəm, bağışla! – bədii, rejissor
  • 1990 Qətldən 7 gün sonra – bədii, rejissor
  • 1993 Təhminə – bədii, rejissor
  • 1995 Həm ziyarət, həm ticarət – bədii, rejissor
  • 1999 Otel otağı – bədii, rejissor