Şərif Şərifov

təsvir rejissoru

(09.05.1938) 

Şərif İsmayıl oğlu Şərifov 13 oktyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964 — 1970 — ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun təsvir rejissorluğu fakultəsində təhsil almışdır. 1958-ci ildən «Azərbaycanfilm» kinostudiyasında işləyib. 1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasında dərs deyib. «Kino çəkilişi texnikası» (2001), «Televiziya və onun texnologiyası» (2002), «Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi» (2003) dərs vəsaitlərinin müəllifidir. Bir müddət Türkiyədə müəllim kimi fəaliyyət göstərib. «Humay» mükafatı laureatı, Əməkdar incəsənət xadimi (2005) Şərif Şərifov 2007-ci ildə vəfat edib.

  1. https://medeniyyet.az/page/news/54552/Yol-ehvalatinda-olanlar.html?lang=az
  2. https://audiovisual.az/t%C9%99svir-rejissorlari/s%C9%99rif-s%C9%99rifov/

Filmoqrafiya:

Azərbaycan mədəniyyətinin baharı (1959, qısametrajlı sənədli film) – təsvir rejissoru assistenti

Koroğlu (1960, tammetrajlı bədii film) – təsvir rejissoru assistenti

Böyük dayaq (1962, tammetrajlı bədii film) – təsvir rejissoru assistenti

Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – təsvir rejissoru assistenti

Azadlıq məşəli (1967, qısametrajlı sənədli film) – təsvir rejissoru

Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – kinooperator

Şərikli çörək (1969, tammetrajlı bədii film) – – kinooperator

Foto “Fantaziya” (1970, qısametrajlı bədii film) – təsvir rejissoru

O qızı tapın (1970, tammetrajlı bədii film) – – kinooperator

Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – – kinooperator

Var olun, qızlar (1972, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin təsvir rejissoruu

Qatır Məmməd (1974, tammetrajlı bədii film) – təsvir rejissoru

Şənlik bizə yaraşır (1974, qısametrajlı sənədli film) — təsvir rejissoru

Bakı kondisionerləri (1975, qısametrajlı sənədli film) – təsvir rejissoru

Qələbənin yolları (1976, qısametrajlı sənədli film) – təsvir rejissoru

Cənub buxtası (1977, qısametrajlı sənədli film) – təsvir rejissoru

Qərib cinlər diyarında (1977, tammetrajlı bədii film) – təsvir rejissoru

Şir evdən getdi (1977, tammetrajlı bədii film) – təsvir rejissoru

Həyatımızın himni (1978, qısametrajlı sənədli film) — təsvir rejissoru

Sirk mənim həyatımdır (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru

Bizim günlərin mahnıları (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru

Solmaz bir bahar kimi (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru

Azərbaycanın xoşbəxt torpağı (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru

Yol əhvalatı (1980, tammetrajlı bədii film) – təsvir rejissoru

Son söz (1981, qısametrajlı sənədli film) – təsvir rejissoru

Əzablı yollar (1982, tammetrajlı bədii film) – təsvir rejissoru

Arzuya doğru (1983, qısametrajlı sənədli film) – təsvir rejissoru

Nar haqqında hər şey (1983, qısametrajlı sənədli film) – təsvir rejissoru

Respublikaya üçüncü Lenin ordeni (1983, tammetrajlı sənədli film) – təsvir rejissoru

Gürzə ilə əlbəyaxa (1984, qısametrajlı sənədli film) – təsvir rejissoru

Əbədi iz (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru

Fikrət Əmirov (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru

Geriyə baxmağa dəyər… (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru

Xalça haqqında dastan (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru

Kür – dostluq çayıdır (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru

Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru

Taca doğru addım (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru

İstək olarsa (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru

Məişət elektrik cihazlarından yanğın baş verməsi (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru

Yataqda siqaret çəkməyin (1986, qısametrajlı sənədli film) – təsvir rejissoru

Koqalımdan xəbərlər (1987, qısametrajlı sənədli film) – təsvir rejissoru

Şahmatçı (1987, tammetrajlı sənədli film) – təsvir rejissoru

Xəzər gəmiçiliyi (II) (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru

Ağrı (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru

Aşkarsızlıq aynasında (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru

Kross (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru

Külək haraya əsir? (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru

Novruzun çələngi (1989, qısametrajlı sənədli film) – təsvir rejissoru

Matəm (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru

Bizim Bakı Teatrı (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru

İlk tamaşa (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru

Qobustan (II) (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru

Ordubad (II) (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru

Veteran (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru

100 ilin astanasında (1992, qısametrajlı sənədli film) — təsvir rejissoru

Ağ saçların işığında (1993, qısametrajlı sənədli film) — təsvir rejissoru

Anam Kür (1993, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru

Əsrin müqaviləsi (1996, qısametrajlı sənədli film) – təsvir rejissoru

Məhəbbətin hökmü (1998, tammetrajlı bədii film) – təsvir rejissoru

Sifarişçi (2000, qısametrajlı bədii film) – təsvir rejissoru

Hüquqvarisi:-
Əlaqə:-
Ünvan:-