İdarə Heyətinin üzvü, Kinorejissorlar Gildiyasının direktoru

Şahirə Tacəddin

Rejissor, prodüser

Şahirə Tacəddin– rejissor

26.03.1963 tarixində Zakatala rayonunda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun rejissorluq fakultəsini bitirib. 1989 -1999 illərdə “Azərbaycanfilm” kinostudiyasında – rejissor, 1999 – ci ildən isə Professional Kinorejissorlar Gildiyasına İcraçı Direktoru və Mətbuat Katibi vəzifəsində çalışıb. 2007-ci ildə “Film” Prodüser Mərkəzinin Direktoru təyin edilib və 2009 – cu ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvü seçilib və Gildiyanın direktoru vəzifəsində çalışır. Bir çox Beynəlxalq Festivalların və Konfransların iştrakçısıdır.

Filmoqrafiya:

  • “Təbəssüm” – bədii (1994) – quruluşçu rejissor
  • “Xəzər gəlini”- bədii (2005) icraçı produseri,
  • “Süni bənövşələr” – bədii musiqili (2006) icraçı produseri,
  • “O günləri seyr edərkən”- sənədli (2007) icraçı produseri
  • “Azərbaycan Film Commission” (2005) layihə – icraçı produser.
  • “Muğamın ekranlaşdırılması” (2006) layihə – icraçı produser.
  • “Мüəllif hüquqların monitorinqi”(2009) layihə – icraçı produser.
  • “Beynəlxalq Audiovizual Festival” (2001-2008) layihə – icraçı produser.
  • “Həvəskar Film Festivalı” (2005-2007) layihənin müəllifi və rəhbəri
  • “Səssiz filmlərimizə yeni nəfəs” (2011) – layihə, icraçı produser