Akif Əli

Ssenarist, yazıçı
(22.02.1952)

Akif Əli (Akif Əli oğlu Məhərrəmov) Şuşada anadan olub. Bakı ş. 16 saylı orta məktəbi (1970),  M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) bitirib. Eyni zamanda “Azərbaycanfilm” k/st nəzdində prof. Adil İsgəndərovun rəhbərlik etdiyi Kinoaktyorluq kurslarında oxuyub.

“Azərbaycanfilm”də rejissor assistenti və kinoaktyor kimi çalışıb (1974-1978). “Tacikfilm” k/st. istehsalı olan “Uzun müharibədə qısa görüşlər” (1975, rejissorlar Abdulsalom Rəhimov, Stanislav Çaplin) filmində baş rola (Rüstəm) çəkilib. “Azərbaycanfilm”də kinoaktyor kimi bir sıra bədii filmlərdə əsas obrazları yaradıb: “Tütək səsi” (1975, Tapdıq), “Arxadan vurulan zərbə” (1977, Fazil müəllim), “Əgər biz biryerdəyiksə” (1977, Məmməd) və b.

Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində çalışıb (1978-1987).  Radionun “Satira və yumor” şöbəsinin müdiri və  Televiziyanın Gənclər üçün Proqramlar Baş redaksiyasının Baş redaktoru olarkən bir sıra popular tele-radio proqramlarının  yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

1990-cı ildə ölkədə ilk demokratik mətbu orqanlardan olan “Vətən səsi” qəzetlərinin yaradılmasında bilavasitə iştirak edib və həmin qəzetin Baş redaktoru olub (1991-1993). Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) Kulturologiya kafedrasının müdiri işləyib (1992-1994). Ali məktəbdə  “Azərbaycan mədəniyyətinin tarixi”, “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “İnformasiya təhlükəsizliyi” kurslarından dərs deyib.

1994-cü ilin oktyabrından etibarən uzun müddət Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb (1994-2019). Ötən müddət ərzində Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 2-ci dərəcə Dövlət müşaviri rütbəsinə (2012), “Dövlət qulluğunda fərqlənməyə görə” medalına (2013) və  “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb (2015).

Çoxlu sayda elmi-publisistik məqalələrin, kino-tele-radio ssenarilərin, nəsr və tərcümə əsərlərinin,  “Mozalan” kinosüjetlərinin, 18 kitabın (“Gözəlliyin qədrini bilək”- 1984;  “Azərbaycanın müasir kinoaktyorları”- 1984 ; “Unudulmaz yollar”- 1985 ; “Məhəbbət təranələri”- 1989; “Qaragöz oyunu” – 1999 ; “M.Ə.Sabirin satira sənətkarlığı” – 1999; «Öncə – Vətəndir» – 2003, “Böyük ömrün anları”- 2004,  “İdrak” – 2007,  “Vətən mücadiləsi”-2011, “Azman” – 2013, “Yaradan” – 2019 və s.) müəllifidir.

AzTV-nin “Mədəniyyət” kanalında “Zaman və Məkan” Kulturoloji proqramın, İTV-də xaricdə yaşayan soydaşlarmıza ünvanlanmış  “Vətənin Səsi” verilişinin məllifi və aparıcısı olub (2011-2018).

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), Dosent (2000), “Qızıl qələm” mükafatı laureatıdır.

Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının (2009) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (2001) üzvüdür.

  1.  https://www.youtube.com/watch?v=4i1TIfZydYk
  1. https://lent.az/xeber/sosial/artur-rasizade-ile-islemek-asan-deyildi-akif-eli-ile-ekskluziv-musahibe-415118
  1. https://filmfond.az/2022/02/22/akif-%C9%99li-70/
  2. https://www.youtube.com/watch?v=NZ8WX8h7kyQ
  1. https://yeniazerbaycan.com/Sosial_e65977_az.html?fbclid=IwAR0Nl6-xbOY9PTINrS_kPQKfgP8tMk_umJX-VT8irlNEFtxUK1cjDV4ADgw
  1. https://report.az/daxili-siyaset/akif-eli-bu-yurdda-tektanriliq-ereblerden-min-iller-qabaq-olub/
  2. https://kulis.az/xeber/media/%22Dedilr-Vzirov-qarabaglidir-dey-dogum-yerini-bel-yazdirmisan%22-colorred-Akif-li-il-Susa-sohbticolor-34992
  1. https://kulis.az/xeber/tarix/colorredAkif-li:color-“Susaya-gec-gunduz-calisan-mdni-rhbrlik-lazimdir”-colorredMusahibcolor-35039
  2. https://tezadlar.az/index.php/c-miyy-t/6288-z%C9%99man%C9%99mizin-akif-%C9%99lisi.html
  3. https://kulis.az/news/30419

FILMOQRAFIYA:

  1. 1001-ci qastrol (1974, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor (Musiqiçi) – “Azərbaycanfilm” k/st
  2. Uzun müharibədə qısa görüşlər (1974, tammetrajlı bədii film) – aktyor (Rüstəm)-“Tacikfilm” və “Lenfilm” k/st.
  3. Tütək səsi (1975, tammetrajlı bədii film) – aktyor (Tapdıq) – “Azərbaycanfilm” k/st
  4. Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – aktyor (Fazil) – “Azərbaycanfilm” k/st
  5. Əgər bir yerdəyiksə (1977, tammetrajlı bədii film) – aktyor (Məmməd) – Moskva Televiziyası
  6. “Molla Nəsrəddin” (1981-1983, Azərbaycan Radiosu, ssenarist)
  7. “Zəriflik” İncəsənət toplusu (1983, Azərbaycan Televiziyası, ssenarist)
  8. “Zərbə” (1983, “Mozalan” kinojurnalı № 79, ssenarist)
  9. “Üzr istəyirəm” (1985, “Mozalan” kinojurnalı № 99, ssenarist)
  10. “Tərsinə” (1987, “Mozalan” kinojurnalı№ 121, ssenarist)
  11. “İş necə gedir və ya Mükafat” (1988, “Mozalan” kinojurnalı № 123, ssenarist)
  12. “Qonşular” (1989, “Mozalan” kinojurnalı № 132,, ssenarist)
  13. “Kreslo” (1989, “Mozalan” kinojurnalı №144, 1989;, ssenarist)
  14. “Müavin” (1989, “Mozalan” kinojurnalı  № 144,, ssenarist)
  15. Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (Əsgər) – “Azərbaycanfilm” k/st
  16. “Hacı Qara” (1998, “Mozalan” kinojurnalı №172, ssenarist)
  17. “Ziyalı. İmamverdi Əbilov” (2001, sənədli film, ssenarist) – AzərbaycanTelefilm İB
  18. “Yeni nəsil, yeni təhsil” (2001, televiziya filmi, ssenarist) – AzərbaycanTelefilm İB
Akif Eli-5
Kontakt:055 300-15-05; e-mail: akifali55@gmail.com
Ünvan:Bakı şəhəri, Yeni Yasamal, M.M.Nəvvab 70/184