Alla Axundova

Ssenarist
(27.10.1939)

Alla Nuru qızı Axundova Moskvada anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1964) və Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1967) təhsil alıb. 1957-ci ildən mətbuatda şeirləri və digər əsərləri dərc olunur. Xarici film istehsalçılarının “Bizim oynadığımız dənizin kənarında” (1967, rejissor Vladimir Mkedonski / Rusiya), “Bir dəfə yayda” (1973, rejissor Gennadi Vasilyev, Boris Naşekin, Vladimir Saruxanov / Rusiya), “Avtomobil, skripka və it Klyaksa” (1974, rejissor Rolan Bıkov / Rusiya), «Orada, görünməyən yollarda» (1982, rejissor Mixail Yuzovski / Rusiya), «Unudulmuş əşyalar» (1982, rejissor Viya Veynete / Latviya), «Lyuboçka» (1984, rejissor Valeri Fedoso / Rusiya) filmlərinin ssenari müəllifidir. Əməkdar incəsənət xadimi (1988), Dövlət Mükafatı laureatıdır (1970).

  1. https://news.milli.az/culture/442827.html
  2. http://www.anl.az/down/meqale/edebiyyat/2011/sentyabr/198150.htm
  3. https://kulis.az/xeber/senet/xeber_____________________________________________-27111

FILMOQRAFIYA:

  1. Cırtdan (1969, animasiya filmi) – ssenari müəllifi
  2. Şərikli çörək (1969, tammetrajlı bədii film) – ssenari müəllifi
  3. Var olun, qızlar (1972, tammetrajlı bədii film) – ssenari müəllifi
  4. Şahzadə – qara qızıl (1974, animasiya filmi) – ssenari müəllifi
  5. Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – ssenari müəllifi
  6. Şir evdən getdi (1977, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  7. Bizi bağışlayın (1979, tammetrajlı bədii film) – ssenari müəllifi
  8. Uşaq və külək (1982, animasiya filmi) – ssenari müəllifi
  9. Təqib (1984, animasiya filmi) – ssenari müəllifi
  10. Bahar əyləncələri (1989, animasiya filmi) – əsərindən istifadə olunub
24
Kontakt:012 431-77-31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.