Svetlana İsmayılova

ssenarist, jurnalist, yazıçı

(26.02.1939 – 25.02.2022)

Svetlana Babarəhim qızı İsmayılova (Svetlana Rəhimqızı) Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1960). 1957-ci ildən müntəzəm olaraq mətbuatda çıxış edir. Yazılarının əsas mövzusunu kino musiqisi təşkil edib. 1963-cü ildə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun kino sənəti üzrə dissertantı olub, «Azərbaycan gəncləri» qəzetində ədəbi işçi və şöbə müdiri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının İncəsənət şöbəsinin elmi redaktoru işləyib. «Azərbaycanfilm» kinostudiyasının aparıcı redaktoru olub (1984-2001). Sənədli, bədii və animasiya filmlərində, o cümlədən Mozalan kinojurnalında ssenari müəllifi və redaktor kimi işləyib. 70-ə qədər filmin rus dilindən Azərbaycan dilinə tərcüməçisi, «İncəsənət əbədi və ölməzdir», «Çinarım mənim», «Vaxt var idi…» kimi kitabların müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasında dosent, baş müəllim vəzifələrində çalışıb. “Həsən bəy Zərdabi” (1998), “Qızıl Qələm” (1990) mükafatları laureatı olub. “Arif Babayev adına fəxri diplom”a layiq görülüb (2002). 2004-cü ildən Almaniyanın Düseldorf şəhərində yaşayıb.

Svetlana İsmayılova 25 fevral 2022-ci ildə Almaniyanın Düsseldorf şəhərində 83 yaşında vəfat edib.

  1. https://axsam.az/news/142645-svetlana-ismayilova-vefat-etdi
  2. https://kaspi.az/az/svetlana-ismayilovaya-aiq-mektub/?action=disablemobile
  3. http://www.anl.az/down/meqale/525/2022/mart/785244.htm
  4. https://bakivaxti.az/az/posts/detail/kino-musiqisi-kimi-hezin-bir-omur-1645877701
  5. https://www.medeniyyet.az/page/news/61482/.html
  6. https://old.xalqqazeti.com/az/news/interview/33363

FILMOQRAFIYA:

  1. Kişi sözü (1987, tammetrajlı bədii film) – redaktor
  2. Ağ saçların işığında (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
  3. Anam Kür (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
  4. Şüalə (1994, animasiya filmi) – redaktor
  5. Sən həmişə bizimləsən (1997, qısametrajlı sənədli film) – redaktor
  6. Kədərimiz… Vüqarımız… (1998, qısametrajlı sənədli film) – redaktor
Svetlana İsmayilova-1
Hüquqvarisi:
Əlaqə:012 431-77-31
Ünvan:Bakı şəhəri, Moskva pr.1.