loading

Müəllif hüquqları

Müəllif kimdir?

«Müəllif» – əsərin yaradıcısı olan fiziki şəxs; Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
(«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun mətnində «müəllif» sözündən əlavə «quruluşçu rejissor», «ssenari müəllifi», «quruluşçu operator»,«quruluşçu rəssam», «bəstəkar» və s. terminlərindən də istifadə olunub. Bütün bu şəxslər «müəllif» anlayışını əhatə edir.

Müəllifin hüquqları nədən ibarətdir?

Müəlliflik hüququ  şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarından ibarətdir.

1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır:

– əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ);
– əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ);
– əsərinin mə`nasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);
– istifadədən götürmək də daxil olmaqla əsərini istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ).

2. Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.

3. Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə,əsərin açıqlanması haqqında əvvələr qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər açıqlanmışdırsa, müəllif imtina barədə açıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.

Xidməti əsərlər yaradılarkən bu bəndin müddəaları tətbiq olunmur.Əsərin müəllifinin aşağıdakı Əmlak (iqtisadi) hüquqları vardır.

1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyi bildirir:

– əsərin surətini çıxarmaq (surətçıxarma hüququ);
– əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayəyə vermək və s. (yaymaq hüququ);
– əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);
– əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);
– əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);
– kütləyə çatdırılması məqsədi ilə və əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla (kütləvi bildiriş hüququ);
– əsərin kütləyə çatdırlması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə bildiriş hüququ);
– kütləyə çatdırmaq üçün ilk sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildirişi hüququ);
– əsəri tərcümə etmək (tərcümə hüququ);
– dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).

3. Əsərlərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və hesablanması qaydası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

(Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Diqqət!

Audiovizual əsər müəlliflərin, digər əsərlərin müəlliflərindən fərqi ondadır ki, audiovizual əsərin yaradılması zamanı, müəlliflə prodüser arasında bağlanılan müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müəllif əsərin istifadəsinə olan müstəsna hüquqlarını prodüserə vermiş olur.
Bu səbəbdən audiovizual əsər müəllifi prodüserlə müqavilə bağladığı an, diqqətli olmalı və öz maraqlarını və hüquqlarının pozulmasına imkan verməməlidir. Ən düzgün addım, müəllif müqaviləsini Kinorecissorlar Gildiyasına hüquqi ekspertiziyaya verməsidir.

Mən audiovizual əsərin müəllifiyəm (rejissoru, ssenaristi və s.). Mənə məxsus hansı müəllif hüquqlarını mən istənilən başqa şəxsə verə bilərəm?

Bildiyiniz kimi müəlliflik hüququ şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarından ibarətdir. Qeyri-əmlak hüququna malik subyekt yalnız müəllif, yəni yaradıjı fəaliyyət ilə əsər yaradan fiziki şəxs hesab olunur. Buna görə də şəxsi qeyri-əmlak hüququ – yalnız müəllifə məxsusdur və digər şəxsə ötürülə bilməz.

Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.

Qanunverijilik müəllifin əmlak hüquqlarını mülki dövriyyədə iştirak etmək qabiliyyətində olan əmtəə-pul münasibətlərinin obyekti kimi müəyyən edir və müvafiq olaraq müəllifin əmlak hüquqları müqavilə predmeti ola bilər. Yəni müəllifin əmlak hüququ təkjə əsər müəllifinə yox, digərinə də müəllif tərəfindən müqavilə ilə verildikdə məxsus ola bilər.

Audiovizual əsərin yaradılmasına dair bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər bu müqaviləyə əsasən audiovizal əsərin istehsalçısına həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verir.

Əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Bu halda müəllif müqaviləsi yalnız yazılı şəkildə bağlanmalıdır.

Müəllif hüququnun obyekti nədir?

1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm,ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydə alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.

2. Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər:

– yazılı (əlyazması, makina yazısı, not yazısı və s.);

– şifahi (kütləvi çıxış, kütləvi ifa və s.);

– səs, yaxud videoyazılma(mexaniki, maqnit, rəqəmli, optik, və s.);

– təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video – yaxud fotokadr və s.);

– həcmli-fəzavi (heykəl, model, maket, tikili və s.);

– digər formalar.

3. Müəlliflik hüququ öz-özlüyündə ideyalara, metodlara, proseslərə, sistemlərə, üsullara, konsepsiyalara, kəşflərə və ya faktlara şamil edilmir.

4. Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil.

Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstərilən hallardan başqa öz-özlüyündə bu obyektə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur.

(«Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Audiovizual əsər nədir?

“Audiovizual əsər” – bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan) əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (tele-videofilmlər, diafilmlər və s.) aiddir;

Film – yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa canrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetraclı film- 52 dəqiqədən az olmayan, qısametraclı film- 52 dəqiqədən az olan film).

(Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» və «Kinematoqrafiya haqqında» qanunlarından çıxarış)

Audiovizual əsərə kinofilm, telefilm, televeriliş, videofilm, kliplər, reklam çarxları, video-art, diafilm, slayd-film və başqa növlər daxildir. Bu növlər də öz növbəsində bədii, cizgi, sənədli və s. ola bilər. Audiovizual əsərin təsvir və səs daşıyıcıları kinoplyonka, video plyonka, kompakt disklər və s. ola bilər.

Audiovizual əsərin müəllifi kimdir?

Audiovizual əsərin müəllifləri (şərikli müəllifləri) aşağıdakılardır:

– quruluşcu rejissor;

– ssenari müəllifi;

– quruluşcu rəssam;

– quruluşcu operator;

– xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar).

Əvəllər yaradılmış, yenidən işlənmiş və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi də audiovizual əsərin şərik müəllifi sayılır.

(Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Diqqət!

Əgər audiovizual əsər üzrə ssenaristin, operatorun, rəssamın və bəstəkarın müəllif hüquqları hər birinin yaratdığı konkret obyektdirsə, yəni ssenaristin-ssenari, operatorun filmin təsviri, rəssamın dekor və kostyumların eskizi, bəstəkarın xüsusi ilə audiovizual əsərə yazdığı musiqisi, rejissorunun müəllif hüququ obyekti isə yaradılmış filmdir.

Şərikli müəlliflər kimlərdir və onların hüquqları necə tənzimlənir?

İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, ayrılmaz bütöv və ya müstəqil əhəmiyyətə malik olan ayrı-ayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur.

Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur.

Şərikli əsərin müəlliflərindən heç birinin əsaslı dəlillər olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur.

Şərikli əsərin müstəqil əhəmiyyətli hissəsi həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilərsə, müstəqil əsər kimi qəbul edilir.

Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, şərikli əsərin müəlliflərindən hər birinin özünün müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarı vardır.

Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir.

(Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Audiovizual əsər şərikli müəllifliklə yaradılmış əsəri sayılır.

Hansı əsərlər müəllif hüququnun obyektləri ola bilərlər?

Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:

– ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, kompüter proqramları və s.);

– dram, musiqili-dram və başqa səhnə əsərləri;

– xoreoqrafiya əsərləri və pantomimalar;

– mətnli və ya mətnsiz musiqi əsərləri;

– audiovizual əsərlər (kino, tele- və videofilmlər, slayd filmlər, diafilmlər və başqa kino və teleəsərlər);

– heykəltaraşlıq, rənggarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;

– dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri;

– arxitektura, şəhərsalma və bağ-park sənəti əsərləri;

– fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;

– coğrafiya, topoqrafiya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiya

– törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);

– toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazaları və materialın seçilməsinə və ya düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr);

– törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur;

– digər əsərlər.

2. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.

Hansı əsərlər müəllif hüququnun obyektləri ola bilərlər?

Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:

– ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, kompüter proqramları və s.);

– dram, musiqili-dram və başqa səhnə əsərləri;

– xoreoqrafiya əsərləri və pantomimalar;

– mətnli və ya mətnsiz musiqi əsərləri;

– audiovizual əsərlər (kino, tele- və videofilmlər, slayd filmlər, diafilmlər və başqa kino və teleəsərlər);

– heykəltaraşlıq, rənggarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;

– dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri;

– arxitektura, şəhərsalma və bağ-park sənəti əsərləri;

– fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;

– coğrafiya, topoqrafiya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiya

– törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);

– toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazaları və materialın seçilməsinə və ya düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr);

– törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur;

– digər əsərlər.

2. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.

Müəlliflik hüququnun müddəti nə qədərdir?

-Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir.

-Şərikli əsərə (audiovizual əsərə) müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır.

(Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Diqqət:
Bu Qanunla müəyyən edilmiş qorunma müddətləri bu Qanunun qüvvəyə mindiyi tarixə qədər (1 aprel 2008) qorunma müddəti bitməmiş bütün əsərlərə şamil edilir.

Sovet vaxtında istehsal olunan audiovizual əsərlərin qorunma müddəti necə müəyyənləşdirilir?

«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbayjan Respublikasının qanunu qəbul edilən anda (01 aprel 2008-cı il), müəlliflik hüququ bitməmiş bütün əsərlərə, qəbul edilmiş qanunun maddələri şamil edilir.

AzSSR-də müəlliflik hüququ Mülkü məcəllə ilə tənzimlənirdi və məcəllənin:

484-cü maddəsinə görə audiovizual əsərə müstəsna hüquqlar istehsalçıya məxsusdur;

497-ci maddəsinə görə isə fiziki şəxsin müəllif hüquqlarının qorunma müddəti şərik müəlliflərin axırıncısının vəfatından sonra 25 il, hüquqi şəxslərin (istehsalçıların) müəllif hüquqlarnın qorunma müddəti isə müddətsiz idi.

Deməli, qanun qəbul olunan anda müəlliflik hüquqları qüvvədə olan şərikli əsərlərə fizigi şəxsin müəlliflik hüququ, qanunda göstərildiyi kimi, müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır.

Məsələn: 1930-cu ildə istehsal olunmuş «Lətif» filmini və 1945-ci ildə istehsal olunmuş «Arşın mal alan» filmini nümunə üçün götürək.

1. 1930-cu ildə istehsal olunmuş «Lətif» filmini müəllifləri: rejissor və ssenarist Mikayıl Mikayılov, operatoru İ Tartakovskiy, rəssamı A.Qonçarskiydir.

Filmin rejissoru və ssenaristi Mikayıl Mikayılov 1986-cı ildə vəfat etmişdir.

2008-cı ildə qanun qəbul olunanda film üzrə müəlliflik hüquqları qüvvədə olduğundan

fiziki şəxslərin müəllif hüquqlarının müddəti (1980+70 il) 2050-ci ildə bitəcəkdir.

2. 1945-ci ildə istehsal olunmuş «Arşın mal alan» filmin müəllifləri: Rza Təhmasib,

Nikolay Leşşenko rejissorlar, Sabit Rəhman ssenari müəllifi və operatorlar Əlisəttar

Atakişiyev və Muxtar Dadaşovdur, rəssamı Yuriy Şvets,

Şərikli müəlliflərin vəfatının tarixləri:

Rza Təhmasib – 1980

Nikolay Leşşenko – məlumat yoxdur

Sabit Rəhman – 1970

Əlisəttar Atakişiyev – 1990

Muxtar Dadaşov – 1998

Yuriy Şvets – məlumat yoxdur

Yuxarıdakı informasiyadan görsənir ki, müəlliflərin axırıncısının vəfatından sonra 15 il keçmişdir və müəllif hüquqlarının müddəti, (1998+70 il) 2068-ci ildə bitəcəkdir.

Mən Sovet vaxtında bir neçə bədii filmin quruluşçu rejissoru olmuşam. Praktiki olaraq mənin həmin filmlərə hansı hüquqlarım var?

Sizin, «Müəlliflik hüquqları və əlaqəli hüquqular haqqında» qanuna əsasən, həmin filmlərin bütün növ istifadəsindən qonorar almaq hüququnuz vardır. Yəni filminiz istər televiziya kanallarında istərsə də kinoteatrda nümayişindən, buraxılmış videokasset və disklərin hər nüsxəsinin satışından, filminizin xaricdə istifadəsinə və satışından əldə edilən gəlirin 6% (6%-ssenarist, 2%-operator, 2%-rəssam, 2%-bəstəkar) həjmində, musiqili filmdə isə gəlirin 4% (4%-ssenarist, 2%-operator, 2%-rəssam, 6%-bəstəkar) həcmində qonorar almaq hüququnuz var.

Qanuna uyğun olaraq «əsərlərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və hesablanması qaydası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir».

Azərbaycanda audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat 1999-cu ildə dövlət qeydiyyatından keçmiş və Müəllif hüquqları Agentliyi tərəfindən qeydiyata alınmış Professional Kinorejissorlar Gildiyasıdır.

Siz öz əsərlərinizi,  əmlək hüquqlarını kollektiv əsasda idarə edən təşkilata (Kinorejissorlar Gildiyasına) üzv olmaqla və ya müqavilə əsasında idarəçiliyinə verə bilərsiniz. Sizin, hatta, üzv olmadan və müqavilə münasibətləri qurmadan əsərlərinizin istifadəsindən qonarar almaq hüququnuz var, əgər həmin audiovizual əsər digər şərikli müəlliflər tərəfindən  Gildiyaya kollektiv idarəçiliyinə verilmişdirsə.

Diqqət!
Bundan əlavə yadda saxlayın ki: heç kimin Sizin razılığınız olmadan əsərinizin «mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə» və ya adınızı titirlərdən çıxarılmasına və ya dəyişdirilməsinə ixtiyarı yoxdur. Həmçinin Sizin  şərəf və ləyaqətinizinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququnuz vardır.

Mən 2001-ci ildə istehsalı başa çatmış filmin bəstəkarıyam (rejissoru, ssenaristi və s.). İstehsalın başa çatmasına baxmayaraq mənimlə müqavilə bağlanılmayıb və filmdən geniş istifadə olunur. Mən nə etməliyəm?

Əgər filmin istehsalçısı və ya prodüseri tərəfindən filmin yaradılması və istifadəsi ilə bağlı Sizinlə  müqavilə bağlanılmayıbsa, deməli Siz istehsalçıya və ya prodüserə həmin filmin istifadəsinə müstəsna hüquqları verməmiş olursunuz. Bu isə o deməkdir ki, Siz hər an həmin filmin istifadəsini qadağan edə bilərsiniz. Belə halın olması ilk növbədə filmin istehsalçısına və ya prodüserinə xeyir deyil.

Nə etməli? Hüquqlarınız pozulursa: əsərdə adınız göstərilməyibsə, əsərin yaradılması və istifadəsi ilə bağlı qonorar almırsınızsa və s., Siz audiovizual əsərlərin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilata (Kinorejissorlar Gildiyasına) mürajiət etməlisiniz

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar nədir?

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəllif və əlaqəli hüquqların sahibləri tərəfindən qanuni sahiblərin əmlak hüquqlarını təmin etmək məqsədilə (qanuni sahiblər belə təminat üçün çətinlik çəkəndə) yaranır.

Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir.

Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər.

(«Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar nədir?

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəllif və əlaqəli hüquqların sahibləri tərəfindən qanuni sahiblərin əmlak hüquqlarını təmin etmək məqsədilə (qanuni sahiblər belə təminat üçün çətinlik çəkəndə) yaranır.

Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir.

Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər.

(«Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar nə ilə məşğul olurlar?

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların funksiyaları.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır;

2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir;

3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır;

4) lisenziya üzrə və (və ya) bu bəndin 3-cü yarımbəndində nəzərdə tutulmuş qonorarı yığır;

5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir;

6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir;

7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri.

1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir:

1) yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək: bununla birlikdə, təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır;

2) yığılan qonorarı bu bəndin 1-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək;

3) qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək;

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən istifadəyə görə qonorarı (42-ci maddənin birinci bəndinin 4-cü yarımbəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərini və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır.

(«Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)