İdarə Heyətinin üzvü

Vasif Babayev Hacıağa oğlu

Tv rejissor, kinorejissor

 

Vasif Babayev – tv rejissor, kino rejissor

Vasif Hacıağa oğlu Babayev 1940-cı il sentyabrın 16-da Bakıda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, assistenti, rejissoru, 1969-cu ildən isə televiziyanın baş rejissoru olmuşdu. 1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilmişdi.1994-1996-cı illərdə “MİR” dövlətlərarası Teleradio şirkətinin direktoru.1996-1999-cu illərdə “SARA” müstəqil Teleradio şirkətinin icraçı direktoru.2001-2006-cı illərdə Moskvada Rusiyanın “İNTER-AZ” müstəqil Teleradio şirkətinin vitse-prezidenti. Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlamışdır.Vasif Babayev 1969-1987-ci illərdə onlarla geniş formatlı “Yeni il Mavi İşıq” televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.Vasif Babayev jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı KQB-nin arxivində araşdırmalar apararaq: “Mikayıl Müşfiq”, “Abbaz Mirzə Şərifzadə”, “Ülvi Rəcəb”, “Ruhulla Axundov”, “Hüseyn Rəhmanov”, “Salman Mümtaz” kimi “siyasi məhbuslar”ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlamışdı.

Vasif babayev 40-a yaxın sənədli filmlərin müəllifi və rejissorudur.

.

Filmoqrafiya:

  • 1967 “Sahil bağı”, bədii
  • 1967 “Odlar torpağı”, sənədli
  • 1967 “Bakı beş dəniz limanı”, sənədli
  • 1968 “Qızılgüllər diyarı”, sənədli
  • 1969 “Zirvə buludu”, sənədli
  • 1972 “Sovet Azərbaycanı”, sənədli
  • 1972 “Konsert”, musiqili
  • 1974 “Sovet ölkəsinin uşaqları”, sənədli
  • 1975 “Azərbaycan təranələri”
  • 1975 “Ənənələrə sadiq”, sənədli
  • 1979 “Bakı-Tümen”, sənədli
  • 1976 “On beş illik. Birinci il”, sənədli
  • 1977 “On beş illik. İkinci il”, sənədli
  • 1978 “Şəki”, sənədli
  • 1978 “On beş illik. Üçüncü il”, sənədli
  • 1979 “Xuraman”, sənədli
  • 1979 “Azərbaycan iri addımlarla irəliləyir”, sənədli
  • 1979 “On beş illik. Dördüncü il”, sənədli
  • 1980 “Sovet Azərbaycanı-60”, sənədli
  • 1980 “Sovet Azərbaycanı. Yeni uğurlara”, sənədli
  • 1981 “XI beşillik. Birinci il”, sənədli
  • 1981 “Partiyanın canlı sözü”, sənədli
  • 1982 “Yubiley ilinin beş günü”, sənədli
  • 1982 “Yeni uğurlara”, sənədli
  • 1982 “İşəriçəhərin əbədi nağılı”, sənədli
  • 1982 “XI beşillik. İkinci il”, sənədli
  • 1982 “Meksika görüşləri”, sənədli
  • 1983 “Qızıl yamaclar. N.Nikitin”, sənədli
  • 1983 “XI beşillik. Üçüncü il”, sənədli
  • 1983 “Ordenli Azərbaycan”, sənədli
  • 1984 “Dostların görüşləri”, sənədli
  • 1984 “Həqiqətin anı” M.Cavadzadə, sənədli
  • 1984 “XI beşillik. Dördüncü il”, sənədli
  • 1985 “Sovet Azərbaycanı.Zaman və insanlar”, sənədli
  • 1985 “Nəbi Xəzri”, sənədli
  • 1987 “Sovet Azərbaycanı. Respublika haqqında monoloqlar”, sənədli
  • 1988 ”Xahiş edirəm hazırlıq haqqında məlumat verin” Kərim Kərimov, sənədli
  • 1989 “Xuraman. 10 il keçmiş”, sənədli
  • 1990 “Fransa görüşləri”, sənədli
  • 2000 “Quşlar üçün tələ”, sənədli
  • 2001 “Seçim”, sənədli
  • 2002 “Birlikdə”, sənədli