Təftiş komissiyasının üzvü

Vüsalə Mirzəyeva

Təftiş komissiyasının üzvü

Vüsalə Mirzəyeva- rejissor

Vüsalə Vaqif qızı Mirzəyeva 11 mart 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya Rejissorluğu” fakültəsini bitirib (1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək “magistr” dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Vüsalə Mirzəyeva Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) bir sıra verilişlərin həm müəllifi, həm də rejissoru olub. 2000-ci ildə “Sabah” yaradıcılıq birliyinə dəvət alıb və birliyin rəhbəri Ramiz Həsənoğlunun bir sıra film-tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərib. 2006-cı ildən Space Televiziyasında öncə “Xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib. Eləcə də bir çox verilişlərə quruluş verib. Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla da əməkdaşlıq edib və kliplərin, müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası, Səs organization, 2007; Dünya Güləş Çempionatının açılış mərasimi, 2007) quruluşçu rejissoru olub. 2008-ci ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür. Hazırda müstəqil olaraq fəaliyyətini davam etdirir və sənədli filmlər və müxtəlif layihələr üzərində işləyir. 2007-ci il fevralın 2-də “Gənclər Günü” münasibətilə Mədəniyyət və Turizm və Gənclər və İdman Nazirliklərinin keçirdiyi tədbirdə “İlin ən yaxşı rejissoru” mükafatına layiq görülüb. 2007-ci ildə “televiziya verilişlərində milli musiqinin təbliğinə görə” “Qızıl Buta” mükafatına layiq görülmüşdür.

Filmoqrafiya:

  • Bəyaz rəqs (veriliş, 1995) – müəllif və rejissor
  • Sənətinin Vaqifi (film, 1996)
  • Bazar günü (musiqi lövhəsi, 1998)
  • Kapriççio (musiqi lövhəsi, 1998)
  • Kompozisiya (musiqi lövhəsi, 1998)
  • Köhnə Bakı (musiqi lövhəsi, 1998)
  • Meloman (veriliş, 1998) – rejissor
  • Nağılbazın nağılı (veriliş, 1999) – müəllif və rejissor
  • Həmişə toyda (2000)- rejissor, ssenari müəllifi
  • Nekroloq (film, 2001) – təcrübəçi rejissor
  • Salur Qazanın evi talandığı boy (film, 2001) – ikinci rejisor
  • Harmoniya (veriliş, 2001-2002) – müəllif və rejissor
  • Dəvətnamə (film, 2003) – aktrisa, ikinci rejissor
  • Yumurta (film, 2003) – rejissor assistenti
  • Necə unudum səni (klip, 2003) – rejissor
  • Mükafat (film, 2004) – İkinci rejissor
  • Sevgi qarğışı (klip, 2004) – rejissor
  • Azərbaycan xalq rəqsləri (veriliş, 2006-2009) – müəllif və rejissor, 14 qədim rəqs
  • Dastanlardan gəlmişik (silsilə veriliş, 2006-2007) – rejissor
  • Vətəndən pay olmayır (klip, 2006)
  • Vip Club (silsilə veriliş, 2007) – rejissor
  • Bahar nəfəsli sənətkar (2008, sənədli film) – rejissor, ssenari müəllifi
  • Sənəti böyüdən sənətkar (2009) – rejissor, ssenari müəllifi
  • Azərbaycan milli qəhrəmanları. Şirin Mirzəyev (film, 2010) – rejissor
  • İkinci sən (tv veriliş, 2012-2013) quruluşçu rejissor
  • Sizin saat (tok-şou, Space TV, 2013-2014) – quruluşçu rejissor, layihə rəhbəri
  • Qaval rəqsi (klip, 2016) – rejissor
  • Üçünçü göz (tok-şou, ATV, 2016-2017) – layihə rəhbəri, quruluşçu rejissor