“QIZIL PƏRİ” Mükafatı dünya kinosunun yaranmasının 120 illiyi ərəfəsində təqdim olunacaq

Azərbaycan Kinorejissorlar Gildiyasının təsis etdiyi “Qızıl Pəri” mükafatının Təşkilat Komitəsi bildirir ki, müsabiqəyə təqdim olunan ərizə formalarının qəbulu 01 oktyabr 2015-ci il tarixində başa çatmışdır. Mükafatın reqlamentində ilkin müəyyənləşdirilmiş 15 nominasiya üzrə nominantlığa namizəd olan 187 ərizə forması daxil olmuşdur. Daxil olmuş ərizə formaları, reqlamentdə nəzərdə tutulmuş audiovizual əsərlərin bütün janrlarını və peşələrini əhatə edir.

Təkilat Komitəsi bildirir ki, “Qızıl Pəri” mükafatının nominantlarının adları Seçim Komissiyası tərəfindən müəyyənləşdirilərək noyabrın əvvəlində elan olunacaq. Qaliblər isə, 30 nəfərdən ibarət Münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərin elan olunması və mükafatların təqdimetmə mərasimi Dünya kinosunun yaranmasının 120 illiyi tarixində – 28 dekabr 2015-ci ildə keçiriləcəkdir.

“Qızıl Pəri” mükafatının Təşkilat Komitəsi

Əlavə məlumat üçün: tel: 99412 431-77-31,

e-mail: info@audiovisual.az

web: www.audiovisual.az

Comments are disabled.