Tahirə Hüseynova
Rejissor
(24.04.1953)
Tahirə Bulud qızı Hüseynova 24 aprel 1953-cü il Bakıda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun “Dram və kino” fakültəsinə qəbul olub. Elə həmin ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində “Kinoproqram” redaksiyasına işə qəbul olunub. Ali dərəcəli rejissordur. Televiziyada çalışdığı illərdə bir çox silsilə verilişlərin və filmlərin müəllifi olub. Azərbaycan Televiziyasının ən aparıcı proqramları olan “Retro” kinozalı, “Cırtdan” kinozalı, “Kinoalmanax” və s.kimi proqramların, eləcə də görkəmli musiqi xadimləri Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Xəyyam Mirzəzadə, Rauf Hacıyev və s. haqqında filmlərin rejissorudur. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olan Tahirə Hüseynova 2018-ci ildə “Böyük ekranda yazılan tarix” fimi ilə Azərbaycan Kino Akademiyasının “Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər” nominasiyasında “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb.
- https://oxu.az/society/493437
- http://www.anl.az/down/meqale/medeniyyet/2010/avqust/131183.htm
- https://medeniyyet.az/page/news/3992/Arzum-Uzeyir-bey-haqqinda-bedii-film-cekmekdir.html?lang=en
- https://teleqraf.com/news/art/62183.html
- https://sia.az/az/news/culture/457512.html
- https://audiovisual.az/qalibl%C9%99r2018/
FİLMOQRAFİYA:
- “Əbədi iftixarımız” (Ü.Hacıbəyov) – 2010
- “Bir ömrün fəsilləri” (X.Mirzəzadə) – 2010
- “Jazz əfsanəsi” (2012, V.Mustafazadə, 2015-ci ildə “Teffi” mükafatı)
- “Duvağa bürünmüş xiffət” (Q.Qarayev) – 2012
- “Sevgi bəstəkarı” (R.Hacıyev) – 2013
- “Musiqi sədaları ilə” (Tofiq Əhmədov) – 2013
- “Onu hamı sevirdi” (Mirzə Babayev) – 2014
- “Bəstəkarlar İttifaqı-80” – 2014
- “Bəstəkar Vasif Adıgözəlov” – 2014
- “Bəstəkar Zakir Bağırov” – 2015
- “Xəyala dalarkən” (S.Ələsgərov) – 2015
- “Könül mahnıları” (T.Quliyev)
- “Biri sənsən biri mən” (İslam Rzayev) – 2016
- “Ömrün əlvan notları” (Bəstəkar Rəşid Şəfəq) – 2017
- “Yaddaşın simləri titrəyərkən” (Ramiz Mustafayev) – 2017
- “İllərin sədası” (Bəstəkar Əşrəf Abbasov) – 2017
- “Böyük ekranda yazılan tarix – Azərbaycan kinosu-120” (2018, “Qızıl Pəri” – “Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş ən yaxşı audiovizual əsər”)
- “Mənim həyat hekayəm” (Zaur Rzayev) – 2019
- “Yuxu kimi” (H.Əbluc) – 2019
- “Qayıdış işığı”
- “Şuşa, mən səni sevirəm!”
- “Xəyalımdakı yurdum”
- “Mən anayam!”
