“QIZIL PƏRİ” Mükafatına namizədləri müəyyənləşdirən. Seçim Komissiyası öz fəaliyyətini başa çatdırmışdır

Professional Kinorejissorlar Gildiyasının, Aktyorlar və Prodüserlər Gildiyalarının dəstəyi ilə təsis etdiyi “Qızıl Pəri” mükafatının Təşkilat Komitəsi bildirir ki, mükafatın nominasiyalarına nominantları (namizədləri) müəyyənləşdirən Seçim Komissiyası, ilkin müəyyənləşdirilmiş 15 nominasiya üzrə nominantlığa təqdim olunan 185 Ərizə formasına və audiovizual əsərlərə baxışı, reqlamentə uyğun 01 noyabr 2015-ci il tarixində başa çatdırmışdır. Seçim Komissiyasının fəaliyyətinin nəticələri, “Qızıl Pəri” mükafatının nominasiyalarının və nominantlarının siyahısı 05 noyabr 2015-ci il tarixində Kinorejissorlar Gildiyasının saytında yerləşdiriləcəkdir.

30 nəfər peşəkardan ibarət və qalibləri müəyyənləşdirəcək Münsiflər heyəti öz fəaliyyətini 10 noyabr 2015-ci il tarixində başlayacaqdır. Qaliblərin elan olunması və mükafatların təqdimetmə mərasimi Dünya kinosunun yaranmasının 120 illiyi tarixində – 28 dekabr 2015-ci ildə keçiriləcəkdir.

“Qızıl Pəri” mükafatının Təşkilat Komitəsi

Əlavə məlumat üçün: tel: 99412 431-77-31,

e-mail: info@audiovisual.az

web: www.audiovisual.az

Comments are disabled.