Elçin Əfəndiyev
ssenarist, yazıçı
(13.05.1943)
Elçin İlyas oğlu Əfəndiyev (Elçin) Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasında (1968) təhsil alıb. “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. İlk hekayəsi 16 yaşında “Azərbaycan gəncləri” qəzetində dərc olunub (1959). “Min gecədən biri” adlı ilk hekayələr
kitabı 1965-ci ildə çapdan çıxıb. Müxtəlif dillərdə 100-ə yaxın kitabı nəşr olunub. Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimi (1984), Xalq yazıçısı (1998), filologiya elmləri doktoru, professordur. “İstiqlal” (2003) və “Şöhrət” (2018) ordenləri ilə təltif olunub.
Yazıçı Elçin Əfəndiyev yazıçı İlyas Əfəndiyevin oğludur.
- https://qafqazinfo.az/news/detail/elcin-efendiyev-turkiyenin-necip-fazil-mukafatina-layiq-goruldu-384159
- https://www.yeniazerbaycan.com/Elm_e35073_az.html
- https://sesqazeti.az/news/culture/187312.html
- http://anl.az/el/emb/E.Efendiyev/pdf/1534.pdf
- https://www.clb.az/files/mv/Elcin.pdf
- https://www.bakupost.az/elcin-efendiyev-heyatimin-hec-bir-menasi-yoxdur
- https://ikisahil.az/post/244376-shusha-bundan-sonra-daha-da-gozelleshecek-elchin-efendiyev
- https://www.adalet.az/az/writers/detail/elchin-efendiyevin-dogum-gunune-ebulfet-medetoglu-yazir-186977
FILMOQRAFIYA:
- Əllər və rənglər (1974, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Bizim müasir qadınlar (1976, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – aktyor (tamaşaçı)
- Gözlə məni (1980, tammetrajlı bədii film) – ssenari müəllifi
- Şəlalə (1981, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Gümüşü furqon (1982, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Bağ mövsümü (1985, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Humayın yuxusu (1985, animasiya filmi) – ssenari müəllifi
- Sahilsiz gecə (1989, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Milli bomba (2003, tammetrajlı bədii film) – ssenari müəllifi
- Hökmdarın taleyi (2008, tammetrajlı bədii film) – ssenari müəllifi
- Mahmud və Məryəm (2013, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Məryəm (2014, tammetrajlı bədii film) – ssenari müəllifi, bədii rəhbər
- Qatil (II) (2015, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
