İmir Məmmədli

Ssenarist, yazıçı
(07.08.1957)

İmir Məmməd oğlu Məmmədli Gürcüstanın Kaspi rayonunda anadan olub. 1980-ci illərdə Tbilisiyə köçüb. Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb (1975-1980). 1985-ci ildə Gürcüstan Dövlət Teleradio Yayımları Komitəsində jurnalist kimi əmək fəaliyyətinə başlayıb. Gürcüstan Yazıçılar İttifaqında, “Sovet Gürcüstanı” qəzeti redaksiyasında çalışıb. 1990-cı illərin sonlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olub, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Uzun müddət İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun “Ədəbiyyat və İncəsənət” departamentinin direktoru vəzifəsində çalışıb (2005-2018). Poeziya yaradıcılığına məktəb illərindən başlayıb. İki pyesi tamaşaya qoyulub: “Açar” (Gənclər Teatrı, 1997, rejissor: Hüseynağa Atakişiyev), “İşıq tozu” (İrəvan Dram Teatrı, 2000, rejissor: Bəhram Osmanov). Elmi yaradıcılıq və tərcümə işləri ilə də məşğul olub. Şota Rüstavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini gürcü dilindən Azərbaycan dilinə uğurlu tərcümə etdiyinə görə Gürcüstanın Dövlət mükafatına layiq görülüb. Həmçinin Məhəmməd Peyğəmbərin kəlamlarını, Yunus İmrənin, Aşıq Ələsgərin və başqa ədiblərin əsərlərini gürcü dilinə tərcümə edib. Gürcüstanın “Şərəf” Ordeni (1998) və Gürcüstan Yazıçılar İttifaqının “Maçabeli” Dövlət mükafatına (1997), “Ugart” ədəbi mükafatına layiq görülüb.

  1. http://kinobiz.az/celebrity/imir-m%C9%99mm%C9%99dli/
  2. https://kulis.az/news/13913
  3. https://525.az/news/196929-seciyyevi-meqamlar–imir-memmedli-yazir
  4. http://yarpaq.az/az/imir-memmedli-vaxtsz-qonaq-seir/
  5. https://azerforum.com/az/imir-memmedli-eduard-sevardnadze-cetin-meqamlarda-heyder-eliyevden-meslehet-aldigini-defelerle-vurgulayirdi-msahibe

FILMOQRAFIYA:

  1. Açar (2006, qısametrajlı bədii film) – ssenari müəllifi
  2. Balqabaq (2007, qısametrajlı bədii film) – ssenari müəllifi
  3. Qovğalı kəndinin gecələri (2007, tammetrajlı bədii film) – ssenari müəllifi
  4. Azarkeş (2008, tammetrajlı bədii film) – ssenari müəllifi
  5. Sovqat (II) (2008, qısametrajlı bədii film) – ssenari müəllifi
  6. Fosfor adam (2009, tammetrajlı bədii film) – ssenari müəllifi
  7. Məxfi planlar (2010, tammetrajlı bədii film) – ssenari müəllifi
  8. Gəl təzədən evlənək (2011, tammetrajlı bədii film) – ssenari müəllifi, mahnı mətni müəllifi
  9. Eviniz abad (2017, tammetrajlı bədii film) – ssenari müəllifi
İmir memmedli
Kontakt:9:00 to 16:30
Ünvan: