Orxan Fikrətoğlu
ssenarist, yazıçı
(21.03.1966)
Orxan Fikrətoğlu (Orxan Sadıqov Fikrət oğlu) Bakıda anadan olub. İdman internatında (1973-1983), M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda (1983-1991) təhsil alıb. İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. “Dünya haqqında nağıl” (1989), “Səhər” (1994), “Şirvan şeşəngisi” (1998), “3-cü günün adamı” (2000), “100 ilin kitabı” (2007), “Zaman” (2008), “Rəngli hekayələr” (1990, Moskva, “Oqonyok” jurnalının mükafatını qazanıb) kitabları, çoxsaylı esseləri dərc olunub. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib. Kinostudiyada işıqçı assistenti kimi işə başlayıb. Sonra operator, rejissor assistenti olub. Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor, “Azkinovideo”da baş redaktor, “Azərbaycantelefilm”də baş redaktor, “Mir” teleşirkətinin direktor müavini, ANS televizyasının baş redaktoru, “Günay” qəzetinin direktoru işləyib. “Mozalan” studyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanalında veriliş aparıcısı olub. Hazırda İctimai televiziyada çalışır. 14 bədii nəsr kitabının, 3 publisitik kitabın müəllifidir. Əməkdar incəsənət xadimidir (2016). Azərbaycan Professional Kinorejissroar Gildiyasının üzvüdür.
Yazıçı Orxan Fikrətoğlu şair Fikrət Sadıqın oğludur.
- https://az.trend.az/azerbaijan/society/3594690.html
- https://525.az/news/164544-orxan-fikretoglu-arzularim-hec-vaxt-kiminse-arzulariyla-toqqusmayib
- https://metbuat.az/news/1461211/orxan-fikretoglu-beynelxalq-mukafata-layiq-goruldu.html
- https://edebiyyatqazeti.az/news/edebi-tenqid/6979-orxan-fikretoglu-yaradiciliginda-modern-ve-postmodern-elementler
- https://rekord.az/news/olke-cempionu-orxan-fikretoglu-samaxiliyam-ve-ora-bagliligim-genetikdir/35761
- https://report.az/maraqli-melumatlar/orxan-fikretoglu-rus-sektoru-putin-pasinyan-molla-rejimi-jurnalistika-barede/
- https://apa.az/az/edebiyyat/orxan-fikretoglu-metroda-oxunan-kitab-hec-vaxt-edebiyyat-ola-bilmez-musahibe-726138
FILMOQRAFIYA:
- Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – ssenari müəllifi
- Qəzəlxan (1991, tammetrajlı bədii film) – redaktor
- Səs (II) (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Hökm (1994, tammetrajlı bədii film) – redaktor
- Şəkilçi və şəkilçi (1995, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Ümid (II) (1995, tammetrajlı bədii film) – ssenari müəllifi
- Yük (1995, tammetrajlı bədii film) – redaktor, aktyor (mirzə)
- Ailə (1998, tammetrajlı bədii film) – redaktor
- Hotdoq (1998, qısametrajlı bədii film) – ssenari müəllifi
- Ağ kətandakı adam (2000, tammetrajlı sənədli film) – mətn müəllifi, aktyor (aparıcı)
- Dairə (II) (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Ərazi (2005, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Yalan (2006, tammetrajlı bədii film) – ssenari müəllifi
- Qanadlarıma sığal çək (2008, qısametrajlı bədii film) – ssenari müəllifi
- 3 rəng (2010, qısametrajlı bədii film) – əsərindən istifadə olunub
- Xəlvətdə qalmış müdrik (2014, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Əfsanə (II) (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Əliaçıq xəsis (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Həyatımın notları (2017, qısametrajlı sənədli film) – redaktor
- Ölməz Murtuza (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Sonuncu akkord (2017, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Bakılı qızlar (2018, qısametrajlı sənədli film) – redaktor
- Cümhuriyyətin 9 şəkli (2018, qısametrajlı sənədli film) – ssenari müəllifi, aktyor (Əlimərdan bəy Topçubaşov)
- Dönüş (V) (2018, tammetrajlı sənədli film) – ssenari müəllifi
- Xilaskar ömrü (2018, qısametrajlı sənədli film) – redaktor
- Könül nəğmələri (2018, qısametrajlı sənədli film) – redaktor
- Vətən dili (2019, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- 20 yanvar: Dəyişən talelər (2020, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Yeni gün (2020, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Solaxay (qısametrajlı bədii film) – ssenari müəllifi
