Ramiz Rövşən

ssenarist, şair

(15.12.1946)

Ramiz Rövşən (Ramiz Əliyev Məmmədəli oğlu) Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1964-1969), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (1976-1978). “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin və Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

Ssenariləri əsasında filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək xaricdə çap olunub.

“Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nün (2013), Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya əfsanəsi” mükafatının (2019) sahibidir. Azərbaycan Respublikasının Xalq şairidir (2019).

  1. https://axar.az/news/edebiyyat/129228.html
  2. https://qafqazinfo.az/news/detail/sair-de-qocalir-ramiz-rovsen-75-yasinda-346506
  3. https://www.muallim.edu.az/news.php?id=21584
  4. https://azertag.az/xeber/Ramiz_Rovsen_Anar_qeder_birlesdirici_adam_tapmaq_chox_chetindir-2350481
  5. https://525.az/news/182146-qapi-ramiz-rovsen
  6. https://modern.az/az/news/31922
  7. https://bakuplus.az/2022/10/26/bak-da-ramiz-r-v-nin-d-i-tirak-il-poeziya-gec-si-ke-iril-c-k/
  8. http://philosophy.edu.az/index.php?newsid=736

FILMOQRAFIYA:

  1. Bulud niyə ağlayır? (1973, animasiya filmi) – mahnı mətni müəllifi
  2. Pıspısa xanım və siçan bəy (1974, animasiya filmi) – mahnı mətni müəllifi
  3. Diplom işi (1979, qısametrajlı bədii film) – redaktor
  4. Təkcə adanı özünlə apara bilməzsən (1980, tammetrajlı bədii film) – redaktor
  5. Yol əhvalatı (1980, tammetrajlı bədii film) – redaktor
  6. Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – ssenari müəllifi
  7. Əzablı yollar (1982, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  8. Nizami (III) (1982, tammetrajlı bədii film) – redaktor
  9. Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
  10. Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – redaktor
  11. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – redaktor
  12. Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – redaktor
  13. Humayın yuxusu (1985, animasiya filmi) – redaktor
  14. Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  15. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – ssenari müəllifi
  16. Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – ssenari müəllifi
  17. Araqarışdıran (1987, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  18. Kişi sözü (1987, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  19. Lovğa fil balası (1987, animasiya filmi) – mahnı mətni müəllifi
  20. Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – ssenari müəllifi
  21. Təxribat (1989, tammetrajlı bədii film) – redaktor
  22. Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  23. Qətl günü (1990, tammetrajlı bədii film) – redaktor
  24. Şəhidlərdən şəhidlərə (1990, qısametrajlı sənədli film) – ssenari müəllifi
  25. Almas İldırım (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
  26. Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – redaktor
  27. Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  28. Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – mahnı mətni müəllifi
  29. Şəbi-hicran (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
  30. Qədirin sorağında (1994, qısametrajlı sənədli film) – redaktor
  31. Prima (1994, qısametrajlı sənədli film) – əsərlərindən istifadə olunub
  32. Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
  33. Azərbaycan kinosu-80 (1996, qısametrajlı sənədli film) – redaktor
  34. Özgə vaxt (1996, tammetrajlı bədii film) – ssenari müəllifi
  35. Füzuli – 500 (1997, qısametrajlı sənədli film) – ssenari müəllifi
  36. Sarı gəlin (1998, tammetrajlı bədii film) – redaktor
  37. Xoşbəxt adam (1999, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  38. Etimad telefonu (2001, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  39. Hacı Qara (IV) (2002, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  40. Ömür ağacı (2002, qısametrajlı sənədli film) – ssenari müəllifi
  41. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – redaktor
  42. Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – redaktor
  43. Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
  44. Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – ssenari müəllifi
  45. Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – mahnı mətni müəllifi, redaktor
  46. Məhkumlar (2006, tammetrajlı bədii film) – redaktor
  47. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – sinxron mətnlərin müəllifi
  48. Cavid ömrü (2007, tammetrajlı bədii film) – redaktor
  49. Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – ssenari müəllifi
  50. Qala (2008, tammetrajlı bədii film) – ssenari müəllifi
  51. Kabusun gözüylə (2010, tammetrajlı bədii film) – redaktor
  52. Səhərə inan… (2010, tammetrajlı bədii film) – ssenari müəllifi, mahnı mətni müəllifi
  53. Buta (II) (2011, tammetrajlı bədii film) – redaktor
  54. İlahi məxluq (2011, tammetrajlı bədii film) – redaktor
  55. Özüm və zaman haqqında (2011, tammetrajlı sənədli film) – redaktor
  56. Çölçü (2012, tammetrajlı bədii film) – mətn düzümü
  57. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – redaktor, mətn düzümü
  58. Üç görüş (2012, tammetrajlı bədii film) – ssenari müəllifi
  59. Maqomayev haqqında üç novella (2012-2013, sənədli serial) – redaktor
  60. Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – mətnin düzümü
  61. Dağlar qoynunda olan şəhər (2014, qısametrajlı sənədli film) – redaktor
  62. 23 (2015, qısametrajlı bədii film) – ssenari müəllifi
  63. Dərs (2015, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
Əlaqə:+994 12 431-77-31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.