Azərbaycan Professional Kinorejissorlar Gildiyasının 28.12.2019-cu il tarixli hesabat-seçki və 20 illik yubiley Konfransının iştirakçıları tərəfindən АR Prezidenti Cənab İLHAM ƏLİYEVƏ 

M Ü R A C İ Ə T

MÖHTƏRƏM CƏNAB PREZİDENT!

Sizin, “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqında” 01 mart 2019-cu il tarixli Sərəncamınız kino ictimaiyəti tərəfindən rəğbətlə qarşılanmış və sərəncamla bağlı aparılacaq islahatlar milli kinomuzun inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir.

Sərəncamın və kinomuzun inkaişafının əsas özəyini təşkil edən “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyasının” qəbul olunmaması və konsepsiyadan irəli gələn tədbirlərin həyata keçirilməməsi kinematoqrafiyamızda illərlə yığılmış fundamental problemləri kinematoqrafın xüsusiyyətlərinə uyğun idarəetmə sisteminin, infrastrukturunun, alternativ və stabil maliyyələşmə mənbələrinin, müassir tələblərə uyğun qanunvericiliyin olmaması və ya problemlərin səthi və yarımçıq həlli, artıq dünya kinematoqrafiyasında gedən prosseslərdən geri qalmış milli kinomuzun inkişafını daha da ləngidərək mövcud problemləri daha da dərinləşdirə bilər. Belə vəziyyət kino ictimaiyyətini narahat etməyə bilməz və kino işçilərinin – “animasiya filmləri” və “sənəd filimlərinin çəkilişi zamanı yaranan maneələrlə bağlı” Sizə ünvanlanmış və sosial şəbəkələrdə yayılmış müraciətlər bu narahatçılığın təzahürüdür.

Biz, Professional Kinorejissorlar Gildiyasının Konfrans iştirakçıları, bu müraciətlərə qoşularaq narahatlığımızı bildirir və Gildiyanın “işçi qrupu” tərəfindən yaradılmış və 29.05.2019 -cu il tarixində Sizə ünvanlanmış “Azərbaycan Kinematoqrafiyasının İnkişaf Konsepsiyası”-nı dəstəklədiyimizi və kinematoqrafiya sahəsində təcili islahatların aparılmasının vacibliyini vurğulayaraq, konsepsiyanın təsdiq olunması və həyata keçirilməsi ilə bağlı tədbirlərin görülməsini Sizdən xahiş edirik.

Hörmətlə,

Konfrans iştirakçıları.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının 28.12.2019 – cu il tarixli hesabat-seçki və 20 illik yubiley konfransında qəbul olunmuşdur. Konfransda kinorejissorlar, ssenaristlər, kinooperatorlar, rəssamlar, bəstəklarlar, prodüserlər, aktyorlar, hüquq varisləri – cəmi 73 nəfər və qonaqlar 21- nəfər iştirak edib.

Bakı şəhəri, 28 dekabr 2019-cu il

Comments are disabled.