Azərbaycan Professional Kinorejissorlar Gildiyasının hesabat-seçki və 20 illik yubiley Konfransı

28.12.2019-cu il tarixində Azərbaycan Professional Kinorejissorlar Gildiyasının 20- illiyində hesabat-seçki Konfransı keçirmişdir. Konfransda kinorejissorlar, ssenaristlər, kinooperatorlar, rəssamlar, bəstəkarlar, produserlər, aktyorlar, hüquqvarisləri – 73 nəfər və Əqli Mülkiyyət Agentliyindən, ADMİU, Peşəkar Aktyorlar Gildiyasından, Azərbaycan Respublikası  Kinematoqrafçılar İttifaqından, “Azərbaycanfilm” kinostudiyasından, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Kinoproduserlər Gildiyası, Dövlət Film Fondu, Bakı Film İnstitutunun nümayəndələri – 21 nəfər iştirak etmişdir.

Konfransda aşağıdakı məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul olunmuşdur.

  • Hesabat dövrü olan 2014 – 2019 -cu illər üzrə Gildiyanın İdarə Heyətinin sədri Hüseyn Mehdiyevin hesabat məruzəsi və Təftiş Komissiyasının sədri Əbdül Mahmudovun hesabatı dinlənilərək Gildiya İdarə Heyətinin hesabat dövrü üzrə fəaliyyəti qənaətbəxş hesab edildi, kafi qiymətləndirildi və Təftiş Komissiyasının hesabatı təsdiq olundu.
  • Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin 14.03.2019 – cu il tarixində “Azərbaycan Kinosunun İnkişaf Konsepsiyası” lahiyyəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun Rəhbəri Rafiq Quliyevin hesabatını dinləyərək Konfrans iştirakçıları “Azərbaycan Respublikası Prezidentinin” “Azərbaycan Kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamının icra olunmaması ilə bağlı öz narahatçılıqlarını bildiri, Gildiyanın İdarə Heyətinin tərəfindən yaradılmış işçi qrupunun hazırladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf Konsepsiyası” alternativ lahiyyəsini dəstəkləyərək onun təsdiqlənməsi və əsasında islahatların aparılması ilə bağlı ölkə başçısı İlham Əliyevə Müraciət qəbul edildi.
  • Gildiya Nizamnaməsində idarəetmə orqanlarında dəyişikliklərin və əlavələrin edilməsi ilə bağlı Sədr Hüseyn Mehdiyevin təkliflərini dinləyərək Gildiyanın Nizamnaməsinin 4 – cü maddəsinin “Gildiyanın Təşkilatı Quruluşu və İdarəetmə orqanlarının 4.7 bəndində İdarə Heyətinin sədr müavinləri ilə bağlı əlavələr və dəyişikliklər haqqında qərar qəbul edildi.
  • Gildiyanın 16 nəfərdən ibarət aşağıdakı tərkibdə İdarə Heyəti və 3 nəfərdən ibarət Təftiş Komissiyası seçildi:

İdarə Heyəti 

  1. Hüseyn Mahmud oğlu Mehdiyev – sədr
  2. Rafiq Səfər oğlu Quliyev – 1-ci müavin
  3. 3.Elçin Musaoğlu Quliyev – müavin
  4. 4.Mirsadıq Xanoğlan oğlu Ağazadə – müavin – katib
  5. Şahirə Mansur qızı Tacəddin – direktor
  6. Azər İosmayı oğlu Dadaşov  – üzv
  7. Ramiz Həsən oğlu Mirzəyev – üzv
  8. Ramiz Məmmədəli oğlu Rövşən – üzv
  9. Elçin Hadı oğlu Axundov – üzv
  10. 10.Elxan Pərviz oğlu Cəfərov – üzv
  11. Fariz Asif oğlu Əhmədov – üzv
  12. Məryəm Həsən qızı Seyidbəyli – üzv
  13. Nadir Hüseyn oğlu Mehdiyev – üzv
  14. Nizami Vəli oğlu Abbas – üzv
  15. Siyavuş Əşrəf oğlu Kərimi – üzv
  16. Vasif  Hacıağa oğlu Babayev – üzv

Təftiş Komissiyası

  1. Əbdül Əliisa oğlu Mahmudov – sədr
  2. Vaqif Sadıq oğlu bağırov – üzv
  3. Vüsalə Vaqif qızı Mirzəyeva – üzv
  • Cari məsələlərdə Kinorejissorlar Gildiyasının bəzi daxili sənədlərində əlavələrin və dəyişikliklərin edilməsi barədə qərar qəbul edildi.

Bununla Konfrans rəsmi hissəni başa vurdu və Konfrans iştirakçıları Kinorejissorlar Gildiyasının 20-illiyi ilə bağlı Gildiya dostlarının təşkil etdikləri ziyafətə dəvət olundular.

Kinorejissor Hüseyn Mehdiyevin Maliyyə Naziri Cənab Samir Şərifova açiq məktubu

Comments are disabled.